Senat Rusiyaya qarşı sanksiyaları təsdiqlədi

6 Fevral 2019 11:56 (UTC+04:00)

ABŞ Konqresinin yuxarı palatası Yaxın Şərqdə ABŞ-ın təhlükəsizliyini gücləndirmək üçün qanun layihəsinin qəbul olunmasını dəstəkləyib. “TASS”a istinadən SİA-nın verdiyi xəbərə görə, sənəd Rusiya da daxil olmaqla Suriya və onun müttəfiqlərinə sanksiyaların tətbiqi ilə bağlıdır.

Senatın 77 üzvü qanun layihəsinin lehinə, 23-ü isə əleyhinə səs verib.

Qeyd olunur ki, qanunvericilik prosesinin növbəti mərhələsi bu qanun layihəsinin Nümayəndələr Palatasında nəzərdən keçirilməsi olacaq. Lakin demokratik liderlərin əksəriyyəti sənədləri nəzərdən keçirməyi düşünmədiklərini söyləyiblər.