Təhsil Nazirliyi ötən gecə Şamaxıda baş verən zəlzələnin məktəblərə vurduğu ziyanı açıqlayıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, zəlzələ nəticəsində İsmayıllı rayonunda 1, Şamaxı rayonunda isə 4 məktəbdə çatlar əmələ gəlib.
Hazırda Təhsil Nazirliyinin nümayəndələri həmin məktəblərə baxış keçirirlər.