Ağdam sakinində pulemyot aşkar edilib

4 Fevral 2019 11:38 (UTC+04:00)

Ağdam sakinində pulemyot aşkar edilib. DİN Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat və profilaktiki tədbirlər nəticəsində Ağdam rayon sakini Z.Zeynalov tapdığı “Kalaşnikov” markalı pulemyotu, 4 ədəd patron darağını və 145 ədəd patronu könüllü olaraq Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verib.