“Zirə” “Sabah”la oyun öncəsi son məşqinə çıxıb

2 Fevral 2019 11:09 (UTC+04:00)

Futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turunda “Sabah”la qarşılaşacaq “Zirə” oyun öncəsi son məşqinə çıxıb. SİA-nın məlumatına görə, Biləcəri Futbol Mərkəzində keçirilən məşqdə 41 yaşı tamam olan baş məşqçi Samir Abasov təbrik edilib. Daha sonra isə “Sabah”la oyunun son çalışmalarına start verilib.