Gürcüstanın geniş oxucu kütləsinə malik internet portalları AZƏRTAC-ın materiallarını yayıb.
AZƏRTAC xəbər verir ki, qonşu ölkənin kavkasia.net portalında “Исторические аспекты становления азербайджано-грузинских отношений в военной сфере (1918-1921 гг.)”, gaxa.ge və 24news.ge portallarında isə “Hərbi sahədə Azərbaycan-Gürcüstan münasibətlərinin təşəkkülünün tarixi aspektləri (1918-1921-ci illər)” sərlövhəli məqalələri yerləşdirilib.
AZƏRTAC-a istinadla yayılan hər iki materialda Azərbaycan–Gürcüstan hərbi münasibətlərinin təşəkkül tapmasından, ölkələrimizin müstəqillik uğrunda mübarizəsindən və müasir dövrdəki əməkdaşlığının inkişaf perspektivlərindən bəhs olunur.