Qadın cüdoçularımız Avropa kubokunda mübarizəyə başlayırlar

2 Fevral 2019 04:06 (UTC+04:00)

Fevralın 2-də Bolqarıstanın paytaxtı Sofiyada qadınlar arasında cüdo üzrə açıq Avropa kuboku keçiriləcək. Azərbaycanı qitə yarışında Şəfəq Məmmədova (52 kq), Diana Şoranova (63 kq) və Günel Həsənli (70 kq) təmsil edəcəklər.

İyirmi səkkiz ölkədən 177 cüdoçunun mübarizə apardığı turnirə fevralın 3-də yekun vurulacaq.