Rəsmi Ankara: "ABŞ-ın hərəkətləri Türkiyəni bərk narahat edir"

1 Fevral 2019 20:43 (UTC+04:00)

Son illər ABŞ-ın regionda fəaliyyəti Türkiyəni bərk narahat edir. Trend-in məlumatına görə, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

F.Altunun sözlərinə görə, ABŞ PKK-nın Suriyadakı qolu PYD/YPG-ni fəal dəstəkləyir və bu Ankara ilə Vaşinqton arasında müttəfiqlik ruhuna uyğun deyil: “Vaşinqtonun bu cür hərəkətləri ciddi problemlərə gətirib çıxarıb”.

O bildirib ki, Türkiyənin tərəfdaşlıq baxımından alternativləri çoxdur və ABŞ bunu başa düşməlidir. F.Altun əlavə edib ki, Türkiyənin məqsədi Suriyanın şimalını terrorçulardan təmizləmək, bu regionda təhlükəsizlik zonasını yaratmaqdır.