Sabunçuda gənclər gününə həsr olunmuş forum keçirilib FOTOLAR

1 Fevral 2019 13:49 (UTC+04:00)

Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə “2 fevral – Azərbaycan Gənclər Günü”nə həsr olunmuş “II Sabunçu Gənclər Forumu” baş tutub. SİA-nın verdiyi məlumata görə, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, YAP-ın Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, spikerlər Misirxan Həsənov, Kamil Musavi, Ləman Rəhmanlı, İnqilab Şahbazov, gənclər və gənclər təşkilatlarının fəalları iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcovanın çıxışı ilə tədbir açıq elan edilib. Çıxışı zamanı o, hər bir gəncin məqsədinin Ümummilli liderimiz Heydər Əliyevin yolunu izləyərək onun gənclərə verdiyi böyük dəyərə layiq olub, Azərbaycana faydalı gənc olmağa səsləyib.

Daha sonra çıxışlar davam edib. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov dövlət gənclər siyasətinin uğurlarından danışıb, gəncləri yaradılan imkanlardan yararlanmağa çağırıb.

YAP-ın Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva ümummilli lider Heydər Əliyevin gənclər üçün yaratdıqları haqqında danışdı. Prezidentimiz cənab İlham Əliyevin irəllətdiyi gənclər siyasəti bunun daha da inkişaf edib, gənclər üçün faydalı olduğunu bildirdi.

Sabunçu Gənclər Evinin direktoru Rəvanə Həşimova gənclər günü münasibəti ilə bütün gəncləri təbrik edib, faydalı gənc olmaları üçün uğurlar arzuladı.

Daha sonra öz sahəsində mühüm nailiyyətlər qazanmış gənclər çıxış edərək iştirakçılara öz uğur hekayələrindən bəhs ediblər.

Müzakirələrlə davam etdirilən tədbirin rəsmi hissəsi, fəxri qonaqların “Uğurun əl izi” adlı guşəsinə imza atmaqla sonlanıb.

Tədbirin qeyri-rəsmi hissəsi gənclər üçün təşkil edilən əyləncəli parti ilə başa çatıb.