Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Deyn Uayt qarışıq döyüş növləri üzrə rusiyalı idmançı Həbib Nurmaqomedovun verilən cəzanın ağır olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, D.Uayt bu barədə deyib: “Həbibin işi üzrə verilən qərar məni heyrətləndirdi. Yarım milyon dollar cərimə və reklam çarxlarında çəkiləcəyi halda diskvalifikasiya müddəti altı aya qədər azaldılacaq. Düşünürəm ki, bu, çox sərt cəzadır”.