Superliqanın bombardiri "Qalatasaray"da!

31 Yanvar 2019 20:18 (UTC+04:00)

"Qalatasaray" heyətini yeni hücumçu ilə gücləndirib. İstanbul klubunun rəsmi saytında yer alan xəbərə görə, İstanbul təmsilçisi "Kasımpaşa"dan Mbaye Dianı transfer edib. Seneqallı forvardla 4.5 illik müqavilə bağlayan "sarı-qırmızılılar" qarşı tərəfə 10 milyon avro təzminat ödəyəcək. Qeyd edək ki, ötən ilin qışında "Kasımpaşa"ya keçən 27 yaşlı futbolçu bu mövsüm 17 oyunda vurduğu 20 qolla hazırda Superliqanın bombardiridir.