Bu gün yeni ekoloji saytın təqdimat mərasimi keçirilib
12 Yanvar 2011 00:39 (UTC+04:00)
Bu gün Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına dövlət dəstəyi fondunun ekoloji departamentinin təşkilatçılığı ilə yeni ekoloji saytın təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə MEPM-nin rəhbəri Telman Zeynalov və digar nümayəndələr iştirak ediblər.
Tədbiri giriş sözləri ilə açan Telman Zeynalov ilk olaraq sayt haqqında məlumat verərək bildirib ki, saytı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi maaliyələşdirib: "Saytımız artıq öz işinə başlayıb. Bu bizim üçün uğurlu nəticədir. Belə saytların yaranması üçün RİTN-ə 24 təşkilat sənəd vermiş, 4-nün ərizəsi qəbul olunmuşdu. Ərizəsi qəbul olunan 4 təşkilatdan biri biz olmuşuq".
Saytın fəaliyyəti haqqında danışan mərkəz rəhbərinin sözlərinə görə, saytda təbiət hadisələri haqqında mütəmadi olaraq məlumatlar verilir. Azərbaycanla yanaşı, dünya ölkələrinin də flora və faunasında baş verən dəyişiklər və yenilikləri cəmiyyətə çatdıran saytda, eyni zamanda 2010-cu ildə ekologiya sahəsində keçirilən bütün tədbirlər, onların məqsədlər və nəticələri də xüsusi bölmədə yerləşdirilib.
Qeyd edək ki, sayta www.azeko.info ünvanı vasitəsilə daxil ola bilərsiniz.