Qadınlar arasında keçirilən şahmat üzrə Azərbaycan Çempionatında 3-cü turun oyunları başa çatıb. Siasport.az xəbər verir ki, hesabat turu 1 oyundan başqa qara fiqurların qələbəsi ilə yadda qalıb. Cütlükləri və nəticələri təqdim edirik:
|
Xələfova Nərmin |
0-1 |
Quliyeva Səbinə |
|
İsgəndərova Xəyalə |
0-1 |
Kazımova Nərmin |
|
Umudova Nərgiz |
0-1 |
Məmmədyarova Zeynəb |
|
Məmmədova Gülnar |
1-0 |
Abdulla Xəyalə |
|
Fətəliyeva Ülviyyə |
0-1 |
İsmayılova Pərvanə |
|
Həsənova Türkan |
0-1 |
Məmmədyarova Türkan |
3 turdan sonra turnir cədvəlində vahid lider var. Belə ki, Zeynəb Məmmədyarova 3 oyundan 100 faizlik nəticə ilə zirvədə yer alıb. Onu 2.5 xala malik Nərmin Kazımova izləyir. Səbinə Quliyeva, Pərvanə İsmayılova, Ülviyyə Fətəliyeva və Nərgiz Umudovanın aktivində 2 xal var. Türkan Məmmədyarova və Gülnar Məmmədova 3 oyuna əlli faizlik nəticə göstəriblər - 1.5 xal. Abdulla və İsgəndərova Xəyalələr və Nərmin Xələfovanın ehtiyatında 0.5 xalı var. Çempionatın hələ ki, yeganə xalsız şahmatçısı Türkan Həsənovadır. Bu gün 4-cü turun görüşləri keçiriləcək.
Cütlüklər aşağıdakı kimidir:
Umudova Nərgiz - Quliyeva Səbinə
Məmmədova Gülnar - İsgəndərova Xəyalə
Fətəliyeva Ülviyyə - Xələfova Nərmin
Həsənova Türkan - Kazımova Nərmin
Məmmədyarova Türkan - Məmmədyarova Zeynəb
İsmayılova Pərvanə - Abdulla Xəyalə