Emil Balayevin "Tobol"a keçidi rəsmiləşib - FOTOLAR

30 Yanvar 2019 11:02 (UTC+04:00)

Millimizin və "Səbail"in qapıçısı Emil Balayevin Qazaxıstanın "Tobol" klubuna keçidi rəsmiləşib. SİA-nın xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb. 24 yaşlı qolkiper ilə iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, Emil Balayev karyerası ərzində "Neftçi", "Sumqayıt", "Araz Naxçıvan", "Qarabağ" və Almaniyanın "Ayntraxt" komandalarının da formasını geyinib.