Hillari Klinton İsrailin Şərqi Qüdsdəki inşa planlarını sərt tənqid edib
11 Yanvar 2011 10:48 (UTC+04:00)
ABŞ dövlət katibi Hillari Klinton İsraili Şərqi Qüdsdə yerləşən oteli sökərək yerində yəhudi sakinlər üçün 20 yeni ev inşa etmək planlarını sərt tənqid edib. SİA-nın xəbərinə görə, xanım Klinton deyib ki, Çoban otelinin dağıdılması İsrail və fələstinlilər arasında Qüdsün statusu ilə bağlı aparılan danışıqların məntiqinə ziddir. O, əlavə edib ki, Birləşmiş Ştatlar hökuməti binanın sökülməsindən "xeyli narahatdır". 20 mənzillik inşaat layihəsi fələstinli liderləri də qəzəbləndirib. Onlar inşaata son qoyulmayınca birbaşa sülh danışqılarını davam etdirməyəcəklərini bəyan ediblər.