Sevgililər aktrisa Miray Daner ilə aktyor Kubilay Aka ötən gün İstinye Parkında media mənsublarının fotokamerlarına tuş gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, əl-ələ mağazaları dolaşan cütlük daha sonra yemək yeyiblər.
Məşhurlar şəkil çəkdirmək istəyən heyranlarının istəklərini də qırmayıblar. Belə ki, cütlük sevənləri ilə şəkil çəkdirərək məkandan ayrılıblar.
