"Səbail" heyətinə yeni futbolçu qatıb. SİA-nın məlumatına görə, Bakı klubu Oke Akpoveta ilə anlaşıb. Nigeriyalı hücumçu mövsümün sonunadək müqavilə imzalayıb.
27 yaşlı oyunçu Azərbaycana tanış futbolçudur. Belə ki, afrikalı hücumçu 2014-cü ildə "Rəvan"da çıxış edib. Həmin vaxt ölkəmizdə 15 oyuna çıxan Oke 1 qol vurub.
Son olaraq İsveç "Eskilstuna"sında forma geyinən Akpoveta əvvəllər Nigeriyanın "Varri Volves", Danimarkanın "Bröndbi", "Bronşoy", "Linqbi", İsveçin "Fre", "Dalkurd" və "Helsinqborq" klublarında çıxış edib.