Ağdaşda mərkəzi bazarda elektrik sayğacları yanıb

27 Yanvar 2019 11:25 (UTC+04:00)

Ağdaş rayonunda mərkəzi bazarda yanğın olub. SİA-nın FHN-ə istinadən məlumatına əsasən, rayonun mərkəzi bazarının ərazisində elektrik lövhəsində quraşdırılmış 10 ədəd elektrik sayğacı yanıb. Yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.