Şahmatçılarımızdan növbəti heç-heçə

27 Yanvar 2019 04:14 (UTC+04:00)

Yanvarın 26-da “Tata Steel Masters-2019” turnirinin 12-ci turunun oyunları təşkil edilib. Bu turda Azərbaycan şahmatçıları növbəti partiyaları Hollandiya təmsilçilərinə qarşı keçiriblər. Şəhriyar Məmmədyarovun Yorden Van Forestə, Teymur Rəcəbovun Aniş Giriyə qarşı oyunları heç-heçə başa çatıb.