Neymar: "Toparlansaq, arzularımızı gerçəkləşdirə bilərik"

23 Yanvar 2019 16:53 (UTC+04:00)

PSJ-nin hücumçusu Neymar bu mövsüm məqsədlərindən danışıb. SİA-nın məlumatına görə, braziliyalı bütün turnirlərdə qalib olmaq istədiyini deyib: “İştirak etdiyimiz turnirlərin hamısında qələbə sevinci yaşamaq istərdim. İlk növbədə Çempionlar Liqasında. Çempionlar Liqası hər bir futbolçunun arzusudur. Bilirəm ki, bunu reallaşdırmaq asan deyil. PSJ-nin güclü heyəti var. Komandamız ən yüksək yer uğrunda mübarizə aparmağa qadirdir. Fiziki və taktiki cəhətdən toparlansaq, məncə, arzularımızı gerçəkləşdirə bilərik. "Mançester Yunayted"lə keçirəcəyimiz matç çətin olacaq. Amma belə güclü klubla oyun tamaşaçılara, həmçinin futbolçulara zövq verəcək”.