Tarixin bu günü və ya bu günün tarixi
10 Yanvar 2011 18:36 (UTC+04:00)
- Fransa İngiltərəyə müharibə elan edib (1756)
- Amerikalı silah istehsalçısı Samuel Kolt vəfat edib (1862)
- Londonda ilk metro istifadəyə verilib (1863)
- İngilislər Bağdadı işğal edib (1919)
- Çex siyasətçisi və dövlət xadimi, Çexoslovakiyanın prezidenti Qustav Qusak anadan olub (1913)
- Birinci Dünya Müharibəsinə son qoyan və Millətlər Cəmiyyətinin təməlini qoyan Versal sülh müqaviləsi imzalanıb (1920)
- Dilçi alim Afat Qurbanov anadan olub (1929)
- Fransada orta məktəb pulsuz olub (1929)
- Londonda 51 ölkənin iştirakı ilə BMT-nin ilk Baş Assambleyası fəaliyyətə başlayıb (1946)
- ABŞ Yer və Ay arasında ilk radio əlaqəsi yaradıb (1946)
- İsveç ilk Avropa ölkəsi olaraq Şimali Vyetnamla diplomatik əlaqələr yaratmaq niyyətini açıqlayıb (1969)
- Fransız moda kraliçası Qabriel "Koko" Şanel (Coco Chanel - Gabrielle Bonheur Chanel) vəfat edib (1971)
- Zairdə Niragong vulkanının püskürməsi nəticəsində 2000 nəfər həlak olub (1977)
- SSRİ və Fransa arasında dəniz və ticarət əlaqələrinin yaradılması haqqında müqavilə imzalanıb (1981)
- ABŞ və Vatikan 100 illik fasilədən sonra diplomatik əlaqələri bərpa edib (1984)
- İran və İraq arasında "şəhərlərin müharibəsi" yenidən başlayıb (1987)
- Türkiyə ilə Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrinin inkişafına dair protokol imzalanıb (1990)
- ABŞ raket vasitəsilə İraqa havadan zərbə endirib (1991)
- Wikipedianın ilk bölməsi işıq üzü görüb. Bundan 5 gün sonra Wikipedia müstəqil sayt kimi fəaliyyətə başlayıb (2001)
- Ukraynanın Mərkəzi Seçki Komissiyası Viktor Yuşenkonun prezident seçkilərində qalib gəldiyini elan edib (2005)
- İtaliyada iş yerlərində, ictimai nəqliyyatda, restoranlarda, kafelərdə və sairə yerlərdə siqaret çəkmək qadağan olunub (2005)
- Şimali Koreya nüvə silahına sahib olduğunu elan edib (2005)
- Bakının keşmiş meri Rafael Allahverdiyev vəfat edib (2008)