Sabah qar yağacaq

10 Yanvar 2011 07:40 (UTC+04:00)

Yanvarın 10-da ölkə ərazisində qar yağacağı, paytaxtda havanın buludlu, arabir yağıntılı keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda havanın temperaturu gündüz müsbət 5-7, gecə 4-6, Naxçıvanda gündüz 3-5, gecə mənfi 2-4, aran bölgəsində gündüz müsbət 7-9, gecə 0-2, dağlıq zonada gündüz mənfi 1-3, gecə 4-6 dərəcə olacaq.