Afaq Məsudun yeni kitabı Misirdə - NƏŞR

21 Yanvar 2019 15:46 (UTC+04:00)

Azərbaycanın tanınmış yazıçısı Afaq Məsudun “Şənbə gecəsi və digər hekayələr” adlı kitabı Misirdə nəşr edilib. SİA-nın məlumatına görə, Misirin Milli Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Sərçələr”, “Qəza”, “Can üstə”, “Dovşanın ölümü” kimi hekayələri daxildir.

Məlumat üçün bildirək ki,ərəb oxucularına ilk dəfə təqdim olunan kitab barədə Misirin məşhur “Əl-Ahram”, “Elwatannews” qəzetləri, “Almasryalyoum.com”, “gate.ahram.org.eg” ədəbiyyat portallarında eləcə də Mərakeşin məşhur “AssiaPress” portalında geniş yazılar verilib.

Əsərlərin ərəb dilinə tərcüməsi azərbaycanşünas alim Əhməd Sami əl-Aydiyə aiddir.