"Sarı jiletlilər" bu gün küçələrə 1 milyon etirazçı çıxarmağı planlaşdırır

19 Yanvar 2019 09:23 (UTC+04:00)

Fransanın “Sarı Jilet”lilər hərəkatı bu gün Paris küçələrinə 1 milyondan insan çıxartmağı planlaşdırır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatçılar məlumat yayıb.

Məlumata görə, etirazçılar Əlillər Evi Meydanında toplanacaq daha sonra isə Paris küçələrinə doğru hərəkət edəcəklər. Aksiya “ Fəaliyyət 10: Milyon Parisdə” adını alıb. Etiraz aksiyaları Fransanın Tuluza, Bordo, Marsel, Ruana, Lille şəhərlərində də keçiriləcək.

Qeyd edək ki, “Sarı jilet”lilər hərəkatının etiraz aksiyaları ötən ilin noyabrından başlayaraq hər həftənin şənbə günü keçirilir. Bu gün keçiriləcək aksiya sayca onuncudur. Yanvarın 12-də keçirilən etiraz aksiyasında 84 mindən çox insan iştirak edib ki, bu da 1 həftə öncəki aksiyadan 31 min nəfər daha çoxdur.