Müğənni Coşqun Viləş keçmiş sevgilisinin toyunda oxumaqdan imtina edib
8 Yanvar 2011 17:57 (UTC+04:00)
Müğənni Coşqun Viləş 15 min manatlıq toydan imtina edib. Nəzərə alsaq ki, bugünkü toy bazarında bu çox böyük məbləğdir, onda Coşqunun belə fürsətdən imtina etməsi diqqət çəkir. Bəs görən buna səbə nədir? Ya Coşqunun pulu başından aşır ki, 15 min manata ehtiyacı yoxdur, ya da başqa səbəb var? Əlbəttə Azərbaycan şou bizesində olan hər bir xəbərin arxasında söz söhbətlər da durur. Müğənninin yaxın ətrafından SIA-ya verilən məlumata görə, həqiqətən Coşquna belə bir təklif gəlib və sənətçi 15 min manat qonarardan imtina edib. Eşitdiymizə görə, toyu olacaq qız hətta Coşqunun bu təklifi qəbul etməsi üçün müxtəlif yollara əl atıb, dostları vasitəsilə Coşqunu razı salmağa çalışıb. Ancaq istəyi alınmayıb.
Araşdırdıq və məlum oldu ki, toyunda Coşqunun oxumasını israrla istəyən qız Coşqunun əvvəlki sevdiyi qız olub. Aralarında bir müddət sevgi yaşanıb, sonra filmlərdə olduğu kimi ayrı düşüblər. Qız da başqası ilə nişanlanıb. Ancaq ilk sevgisini unutmayan gənc xanım toyunda məhz müğənni kimi Coşqun Vliəşin oxumasını istəyib. Qızın istəyini öyrənən Coşqun ona təklif olunan 15 min manat qonarardan imtina edib. Müğənni əvvələr sevdiyi qızın toyunda oxumağı mənliyinə sığışdırmayıb. İndi qızın sevgisinin böyüklüyünə bax ki, risk edib əvvəllər sevdiyi oğlanı toyuda oxumağa dəvət edib.
Digər bir məlumat isə o bildirilir ki, Coşqunun hazırda sevdiyi qızın da müğənninin əvvləki sevgilisindən xəbəri var. Elə Coşqun Viləş də hazırda sevdiyi qızı qısqandırmamaq üçün 15 min manatdan imtina etməli olub. Coşqunla əlaqə saxlayıb məlumatı dəqiqləşdirmək istəsək də, müğənni ilə danışmaq mümkün olmadı.