Barak Obama İlham Əliyevi təbrik edib

8 Yanvar 2011 07:15 (UTC+04:00)

ABŞ Prezidenti Barak Obama Yeni il münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. SİA-nın xəbərinə görə, təbrik məktubunda deyilir: "Nyu-Yorkda keçirdiyimiz görüşdən çox şadam və gələcəkdə Sizinlə birgə işləməyi səbirsizliklə gözləyirəm.

Sizə və ailənizə ən xoş arzularla əmin-amanlıq və firavanlıqla dolu yeni il diləyirəm.

Qoy Sizin bayramınız bütün nemətlərlə bol olsun. Yeni ildə Sizə cansağlığı və səadət arzulayıram".