TƏCİLİ: Ankarada güclü yanğın olub, 5 suriyalı ölüb!
16 Yanvar 2019 23:02 (UTC+04:00)
Ankaranın Altındağ rayonundakı Mebelçilər məhəlləsində yerləşən fabrikdə güclü yanğın baş verib. Hadisə nəticəsində fabrikdə olan 5 suriyalı işçi ölüb. Onlardan üçünün şəxsiyyəti müəyyən olunub. Səkkiz nəfər xəstəxanaya yerləşdirilib.