Odri Azulay: İslam irsi ekstremizm əleyhinə vasitədir

16 Yanvar 2019 22:32 (UTC+04:00)

UNESCO-nun baş direktoru Odri Azulay İspaniyanın xarici işlər naziri Jozep Borrellə görüşdə deyib ki, İspaniyanın, eləcə də digər Avropa ölkələrinin qəbul etdikləri İslam mədəniyyəti və bədii irsi “ekstremizm əleyhinə vasitədir”.

Odri Azulay deyib : “Bu irs sayəsində İspaniya dünyaya öz töhfəsini verməlidir, identikliyi sadələşdirmək və ya onu unutmaq olmaz”.