Məsut Özil Türkiyə gözəli ilə nişanlanıb - FOTO

15 Yanvar 2019 10:19 (UTC+04:00)

"Arsenal"ın ulduz futbolçusu Məsut Özil və sevgilisi Amine Gülşe evlilik yolunda ilk addımı atıblar. SİA-nın məlumatına görə, türk əsilli futbolçu Türkiyə gözəli ilə nişanlanıb.

Bu barədə M.Özil "Instagram" hesabında paylaşım edib. O, nişan mərasimindən şəkli hesabında yerləşdirərək "Allahın icazəsi ilə sonsuzadək", qeydini yazıb.