"Borussiya" yeni futbolçu transfer edib

15 Yanvar 2019 01:17 (UTC+04:00)

"Borussiya" heyətinə yeni futbolçu cəlb edib. Klubun saytında yer alan xəbərə görə, Dortmund təmsilçisi "Boka Xuniors"un müdafiəçisi Leonardo Balerdi ilə uzunmüddətli müqavilə imzalayıb. "Bild" nəşri "Borussiya"nın bu transfer üçün 16 milyon avro təzminat ödəyəcəyini yazıb. Qeyd edək ki, 19 yaşlı L.Balerdu cari mövsüm Argentina çempionatında 5 matçda oynayıb.