Fergüsson "Mançester Yunayted"in uğur sirridir...
14 Yanvar 2019 23:15 (UTC+04:00)
"Mançester Yunayted"in sabiq baş məşqçisi Aleks Fergüsson komandanın hazırlığında bilavasitə iştirak edir.
Qol.az-ın Britaniya mətbuatına istindən yaydığı xəbərə görə, o, klubun hazırkı baş məşqçisi Ule Qunner Sulşerə oyunlar üçün komandanın heyətini müəyyənləşdirməyə kömək edir.
Bundan əvvəl 77 yaşlı mütəxəssisin İngiltərə təmsilçisində məşqçi- məsləhətçi olacağı iddia olunmuşdu. Amma çoxları bunun formal xarakter daşıyacağını hesab edirdi. Qeyd edək ki, Fergüsson 1986-2013-cü illərdə "MY"nı çalışdırıb. Xatırladaq ki, Sulşer Joze Mourinyonun istefasından sonra dekabrda klubun baş məşqçisi təyin olunub. O, bu komandada ardıcıl 6 oyunda qalib gəlib.