Kiyevdə iki nəfər qripdən ölüb

14 Yanvar 2019 21:03 (UTC+04:00)

Son bir həftədə Kiyevdə iki nəfər qripdən ölüb. Bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat verib. Yanvarın əvvəlindən Ukrayna paytaxtında üç nəfər qripdən dünyasını dəyişib. Ötən həftə Kiyevdə 13-dən çox insan qrip və kəskin respirator virus infeksiyasına yoxulub.

Ümumiyyətlə, 2018-ci ilin epidemioloji mövsümündən – oktyabrdan etibarən Ukraynada qrip və kəskin respirator virus infeksiyasından 16 nəfər dünyasını dəyişib.