"Barselona”nın hücumçuları Lionel Messi və Luis Suares bu mövsüm İspaniya La Liqasında ümumilikdə 31 qol vurub. Qol.az xəbər verir ki, onlar ölkə çempionatında çıxış edən digər 19 klubun 17-dən çox fərqləniblər. Yalnız “Sevilya” ilə “Selta” Messi və Suareslə eyni sayda rəqib qapılarına yol tapıb. Qeyd edək ki, Messi 17, Suares isə 14 qol vurub.