Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev 9 yanvar 2011-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinə səfərə yola düşəcək. SAM-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, SAM-ın rəhbəri yanvar ayının 12-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay İdarəetmə İnstitutu tərəfindən "Azərbaycanın xarici siyasəti və Körfəz Əməkdaşlıq Şurasına üzv olan dövlətlərlə Xəzəryanı ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi" mövzusunda Dubay şəhərində təşkil olunacaq geniş formatlı dəyirmi masada iştirak və əsas məruzəçi qismində çıxış edəcək.
Səfər çərçivəsində Yaxın Şərq və Hərbi Təhlükəsizlik Məsələləri İnstitutunda görüş və müzakirələrin keçirilməsi nəzərdə tutulub.