Türkiyənin Sakarya əyalətinin Arifiye rayonunda təbii qaz xəttində partlayış olub. SİA Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, hadisə bölgənin dağlıq hissəsindən keçən qaz kəmərində baş verib.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və yanğın söndürülüb. Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib.