Azərbaycan şahmatçısı beynəlxalq turnirin qalibi olub

7 Yanvar 2011 11:23 (UTC+04:00)

İtaliyanın Recio-Emiliya şəhərində ənənəvi 53-cü beynəlxalq şahmat turniri başa çatıb.

SİA-nın xəbərinə görə, 19-cu kateqoriya daşıyan bu turnirdə Azərbaycanın idman şərəfini beynəlxalq qrossmeyster Vüqar Həşimov qoruyub. Həmyerlimiz inamlı oyun nümayiş etdirərək 9 mümkün xaldan 6 xal toplayaraq turnirin qalibi adına layiq görülüb.

Son turda Vüqar Həşimov qara fiqurlarla Amerika şahmatçısı Aleksandr Onişukla heç-heçə oynayıb.