Fransada ötən gün qaz sızmasından baş verən partlayış nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan əvvəl iki İspaniya vətəndaşının öldüyü 50 nəfərdən çox insanın yaralandığı bildirilirdi. Qeyd edək ki, partlayış ötən gün Paris yaxınlığında baş verib. Çörək sexi yanıb, yaxınlıqdakı binaların şüşələri sınıb.