İsveçdəki yol qəzasında 6 əcnəbi həlak olub

13 Yanvar 2019 06:03 (UTC+04:00)

İsveçin şimalında mikroavtobusun və yük avtomobilinin toqquşması nəticəsində altı əcnəbi həlak olub. RİA Novosti agentliyi xəbər verir ki, ölkə polisinin məlumatına görə, hadisə yanvarın 12-nə keçən gecə Kiruna şəhəri yaxınlığında baş verib.

Yol-nəqliyyat hadisəsinin səbəbi hələlik müəyyənləşməyib. Həlak olanların qohumları bu barədə məlumatlandırılıb. Hazırda İnterpolun standartlarına uyğun olaraq, ölənlərin identifikasiyası aparılır. Qəza qurbanlarının vətəndaşlığı, yaxud milliyyəti barədə açıqlama verilmir.