Almaniyanın “Wormser Zeitung” dərgisi özlərini azərbaycanlı kimi təqdim edən erməni ailəsinin deportasiya edildiyi haqda məlumat yayıb. SİA-nın həmin mənbəyə istinadən verdiyi məlumata görə, xəbəri Almaniyanın miqrasiya xidməti də təsdiq edib.
Xəbərdə deyilir ki, özlərini Həsənovlar ailəsi kimi təqdim edən (həqiqi soyadları Mkrtçyan və Xalatyan) və 3 azyaşlı uşaqları olan erməni ailəsinin məqsədi Almaniyadan sığınacaq almaq olub.
“Ailə hesab edib ki, onların soyadları həqiqi olmadıqları üçün Almaniyanın miqrasiya xidmətinin Azərbaycana və Ermənistana ünvanladığı sorğu cavabsız qalacaq”, - deyə alman nəşri yazıb.
Hətta gənc ailə özlərinə “nənə” də tapa biliblər. Hazırda erməni ailəsi Ermənistandadır.