İngiltərənin “Tottenhem” klubunun əsas qol silahı sayılan Hari Keynin transfer qiyməti açıqlanıb. SİA-nın məlumatına görə, London təmsilçisi hücumçunu 350 milyon avro müqabilində satmaq niyyətindədir. Hari Keyni heyətinə qatmaq istəyən klublardan biri İspaniyanın “Real Madrid” komandasıdır.
Keyn cari mövsümdə “Tottenhem”in heyətində 29 oyunda meydana çıxıb və 19 dəfə fərqlənib.
İngiltərə Premyer Liqasında Hari Keyn 14 qolla “Arsenal” klubunun qabonlu futbolçusu Pyer-Emerik Obameyanqla birinci və ikinci yerləri bölüşür.
“Tottenhem” hazırda ölkə çempionatında 48 xalla dördüncü yerdə qərarlaşıb.