BƏƏ-nin Baş Naziri, Dubayın Əmiri “Azərbaycan evi”ni ziyarət edib VİDEO

12 Yanvar 2019 12:58 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktum Dubayda fəaliyyət göstərən "Azərbaycan evi"ni ziyarət edib. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov məlumat yayıb.

Xatradaq ki, ötən il Azərbaycanın Körfəz ölkələrilə ticarət əlaqələrini genişləndirmək və milli məhsulların tanıtımına dəstək məqsədilə Dubay Əmirliyində Azərbaycan Evi yaradılıb. Mərkəz ölkəmizin Yaxın Şərq regionu ilə iqtisadi və mədəni sahələrdə əməkdaşlığının inkişafına xidmət məqsəd daşıyır.