Abel Məhərrəmov Beynəlxalq Universitetlər Şurasının sertifikatına layiq görülüb

7 Yanvar 2011 03:49 (UTC+04:00)
BDU-nun rektoru, akademik Abel Məhərrəmov Türkiyənin Ankara şəhərində Beynəlxalq Universitetlər Şurası tərəfindən təşkil edilmiş seminarın sertifikatına layiq görülüb. SİA-nın xəbərinə görə, "Ali təhsildə milli dəyərlər, konsepsiyalar, iman və mədəniyyət beynəlxalq dəyərlər çərçivəsində" adlanan seminarın sertifikatı Beynəlxalq Universitetlər Şurasının Baş katibi Məhəmməd A.Rauf, İdarə heyətinin üzvü Prof.dr.Obay Al Devaçi və qurumun Prezidenti Orxan Hikmət Əzizoğlu tərəfindən təqdim edilib.