“Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində konsert keçirilib

12 Yanvar 2019 11:44 (UTC+04:00)

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert tanınmış şair-publisist Zeynal Cabbarzadənin yaradıcılığına həsr olunub. SİA-nın məlumatına görə, tədbir “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.

Konsertdə tanınmış ifaçılar tərəfindən parlaq və şən mahnılar səsləndirilib. İfaçıları Xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edib.