Salyan rayonunun Xalac kəndində zəhərlənmə olub. "Report”un Aran bürosu xəbər verir ki, ilkin məlumata görə, 1986-cı il təvəllüdlü kənd sakini Əliyev Emil Əfqan oğlu evdə səhvən sirkə turşusu içərək zəhərlənib.
Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan xəstənin həkim müdaxiləsindən sonra həyatı xilas edilib. Faktla bağlı araşdırma aparılır.