Saxlama müddəti ötmüş ərzaq malları satışdan çıxarılıb

7 Yanvar 2011 03:10 (UTC+04:00)

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən SİA-ya verilən məlumata görə, monitorinq zamanı Bakının Nərimanov rayonunda H.Əliyev küçəsi, 95/2 ünvanında Məfkurə Əhmədovaya məxsus mağazada, Sabunçu rayonunda Sabunçu qəsəbəsi, Şəhər şosesində Məhərrəm Nəzir oğluna məxsus mağazada, Xətai rayonunda Y.Səfərov küçəsi, ev 8 ünvanında yerləşən "Miri market"də, Zığ Şosesində Afət Babayevaya və Rəhman Fərəcova məxsus mağazalarda, Binəqədi rayonunda, 9-cu mikrorayon, H.Babaşov küçəsi, 16 ünvanında yerləşən "Ceyhun market"də, S.Məmmədova küçəsi, 207 ünvanındakı "Raul market"də, Davudoğlu küçəsindəki "Qardaşlar market"də, Nizami rayonunda Q.Qarayev prospekti, ev 94 ünvanında Müsafir Əliyevə məxsus mağazada və "Dostluq market"də, Nəsimi rayonunda D.Əliyeva küçəsində yerləşən "TSV market"də və Sədiqə Həsənovaya məxsus mağazada, A.Məhərrəmov küçəsi, 7 ünvanında Sadiq Həsənova məxsus mağazada, Yasamal rayonunda Z.Xəlilov küçəsi, 592, məhəllə 59 ünvanında yerləşən "Əriməz market"də, ümumi çəkisi 170 kiloqrama yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, yağlar, ət məhsulları, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.