Səbail və Nəsimi rayonlarında su kəsiləcək

11 Yanvar 2019 15:15 (UTC+04:00)

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar sabah Səbail və Nəsimi rayonlarının bir hissəsinə (mərkəzi küçələrə) içməli su gün ərzində müəyyən fasilələrlə veriləcək. Bu barədə SİA-ya “Azərsu” ASC-dən məlumat verilib.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.