21 yaşlı qadın binanın dördüncü mərtəbədən yıxılıb

10 Yanvar 2019 23:01 (UTC+04:00)

Mingəçevir şəhərində 21 yaşlı qadın binanın dördüncü mərtəbəsindən yıxılıb. "Report"un Şirvan bürosu xəbər verir ki, şəhər sakini, 1998-ci il təvəllüdlü Rahilə Bəhram qızı Cəbrayılova şəhərin Nizami küçəsi, 6A ünvanında yaşadığı binanın 4-cü mərtəbəsindən pəncərələri təmizləyərkən yıxılıb.

Ağır vəziyyətdə olan yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.