Nyu-Yorkda “Amerika azərbaycanlı uşaqların gözü ilə” adlı rəsm sərgisi

10 Yanvar 2019 17:06 (UTC+04:00)

ABŞ-ın Nyu-York şəhərində, Bruklində yerləşən “My Way” Uşaq Yaradıcılıq Mərkəzində “Amerika azərbaycanlı uşaqların gözü ilə” adlı rəsm sərgisi təşkil edilib. Sərgi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunub.

SİA-nın məlumatına görə, sərgidə Bakı şəhər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Rəsm” dərnəyinin üzvlərinin çəkdikləri rəsmlər nümayiş olunub.Sərginin keçirilməsində məqsəd iki mərkəz arasında dostluq və əməkdaşlıq yaradaraq azərbaycanlı uşaqların əl işlərini tanıtmaq olub. Sərgidə uşaqların Amerikaya dair baxışlarını, təsəvvürlərini əks etdirən müxtəlif rəsmlər təqdim edilib.

İştirakçılara diplom və hədiyyələr təqdim edilib.