İspaniyada təyyarə qəzaya uğrayıb

10 Yanvar 2019 02:03 (UTC+04:00)

İspaniyada kiçik mühərrikli təyyarə qəzaya uğrayıb. Bu barədə "Report" "Europa Press"ə istinadən xəbər verir. Basklar ölkəsi muxtar vilayəti polisinə istinadən verilən məlumata görə, qəza ölkənin şimalında qeydə alınıb. Hadisə zamanı təyyarədə 2 nəfərolub. Polis bir neçə saat sonra təyyarənin qalıqlarını Ernio dağlarında aşkar edib. Lakin təyyarənin heyət üzvlərinin yeri məlum deyil.

Bir müddət əvvəl də İspaniyanın Tarraqona əyalətində kiçik təyyarə qəzaya uğrayıb.