“Gənc Ədiblər Məktəbi”nin dördüncü toplantısı keçiriləcək

7 Yanvar 2019 17:44 (UTC+04:00)

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Gənc Ədiblər Məktəbi”nin dördüncü toplantısı keçiriləcək. SİA-ya Azərbaycan Yazıçılar Birliyindən verilən məlumata görə, toplantı yanvarın 9-da, saat 12-də başlayacaq.

Məlumat üçün bildirək ki, yığıncaqda gənc şairlərlə bərabər, ədəbiyyat həvəskarları iştirak edə bilərlər. Ədəbi yığıcaqda gənc yazarların qələmə aldıqları şer və hekayələr müzakirə olunacaq, yazarların əsərləri müzakirə olunacaq.