"Türkiyə terrora qarşı mübarizə etməyə davam edir" Türkiyəli nazir

7 Yanvar 2019 17:07 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələri Suriyadakı kürdlər, ərəblər və türkmənlər üçün təhlükə sayılan İŞİD, PKK və YPG-yə qarşı mübarizə aparır. SİA-nın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar Suriyadakı vəziyyət və ABŞ səlahiyyətlilərinin bu ölkə ilə bağlı açıqlamasını şərh edərkən bildirib.

Nazir bildirib ki, TSQ əsrlər boyu türklərlə sülh içində yaşayan etnik kürdlərə qarşı mübarizə aparmır.

Onun sözlərinə görə, Türkiyə əvvəlki kimi eyni qətiyyətlə terrora qarşı mübarizə etməyə davam edir.

Akar PKK/YPG terrorçularının kürdlərin maraqlarını təmsil edə bilməyəcəyini vurğulayıb.

"Bu terror təşkilatı bölgənin təhlükəsizliyi və sabitliyini təhdid edir və suriyalı qaçqınların, xüsusilə də kürdlərin öz vətənlərinə qaytarılmasına mane olur", - deyə Akar bildirib.